[b]Mərkəzi oyundan I diviziona[/b]
14.02.2018 - 15:07
[b]Mərkəzi oyundan I diviziona[/b]

Azərbaycan çempionatının I divizionunda XIV turun sabah keçiriləcək oyunları üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, mövsümün ikinci yarısının ilk görüşlərini idarə edəcək hakimlər, həmçinin onların işinə qiymət verəcək hakim-inspektorlar bəlli olub.

 

Bakıda keçiriləcək “Xəzər” – “Sabah” oyununu İnqilab Məmmədov idarə edəcək. Premyer Liqanın son turunun “Qarabağ”la “Qəbələ” arasında mərkəzi qarşılaşmasının referisi bu dəfə aşağı dəstədə iş başında olacaq.

 

Turnir cədvəlinin ilk yarısında yer alan “Turan Tovuz”la MOİK arasında görüşdə isə Rəşad Əhmədov fit çalacaq.

 

I divizion

XV tur

15 fevral (cümə axşamı)

 

15:00. “Turan Tovuz” – MOİK

Hakimlər: Rəşad Əhmədov, Yaşar Abbasov, Rza Məmmədov, Sərxan İsmayılov

AFFA nümayəndəsi: Şakir Əmrahov

Hakim-inspektor: Nemət Mahmudov

Tovuz şəhər stadionu

 

15:00. “Xəzər” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Azər Əsgərov, Vüqar Həsənli

AFFA nümayəndəsi: Rüfət Əliyev

Hakim-inspektor: Akif Əliyev

“İnter Arena”

0