[b]AFFA milliyə daha bir rəqib tapdı [/b]
15.02.2018 - 10:53
[b]AFFA milliyə daha bir  rəqib tapdı [/b]

Azərbaycan millisinin daha bir rəqibi müəyyənləşib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Qırğızıstanla yoxlama oyunu keçirəcək.

 

AFFA və Asiya ölkəsinin futbol federasiyaları bu barədə razılıq əldə edib. Azərbaycan və Qırğızıstan millilərinin oyunu Bakıda baş tutacaq.

 

Qurban Qurbanovun yetirmələrinin mayın 29-da keçirəcəyi oyun Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

 

Qeyd edək ki, bu ilin payızında Millətlər Liqasında mübarizə aparacaq yığmamızın hazırlıq üçün daha 3 yoxlama oyunu keçirməsi dəqiqləşib. Komandamız martın 23-də Belarusla Bakıda, 27-də Makedoniya ilə Antalyada, iyunun 9-da Latviya ilə səfərdə qarşılaşacaq.

0