[b]Finalçılar Azərbaycan – Qırğızıstan matçında oynamayacaq[/b]
15.02.2018 - 11:07
[b]Finalçılar Azərbaycan – Qırğızıstan matçında oynamayacaq[/b]

Azərbaycan millisi Qırğızıstanla mayın 29-da keçiriləcək yoxlama oyununda tam heyətlə çıxış edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb Azərbaycan kubokunun finalıdı.

 

Belə ki, kubokun həlledici qarşılaşması mayın 28-də, yığmamızın oyunu isə ertəsi gün keçiriləcək. Bu isə o deməkdi ki, finalın iştirakçısı olacaq futbolçular millinin görüşünü buraxacaq.

 

Təbii ki, PFL finalın vaxtını başqa tarixə keçirməsi də istisna deyil. Hərçənd, bunu zəruri də saymaq olmur. Birincisi, yığmanın oyunu yoxlama xarakteri daşıyır. İkincisi isə millidə ən çox təmsilçisi olan “Qarabağ” finalda iştirak etməyəcək.

 

Çünki yarımfinalda “Qəbələ”, “Neftçi”, “Sumqayıt” və “Keşlə” klubları mübarizə aparacaq. Yığmada 2-3 oyunçu verən komandaların final matçını təxirə salmaq o qədər vacib deyil. Çünki əvvəllər də kubokun finalı ilə yığmanın yoxlama oyununun belə qısa fasiləylə keçirilməsinə təsadüf olunub. Hər dəfə də milli finalçılarsız keçinib.

0