[b]Poqba – Mourinyo qarşıdurması[/b]
15.02.2018 - 12:39
[b]Poqba – Mourinyo qarşıdurması[/b]

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba İngiltərəyə köçməyinə peşman olub. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı məşhur “L`Equipe” nəşri yayıb.

 

Bildirilir ki, Poqbanın “mankunianlar”ın baş məşqçisi Joze Mourinyo ilə münasibəti korlanıb. Bu səbəbdən fransalı futbolçu özünü “Mançester Yunayted”də xoşbəxt hiss etmir.

 

25 yaşlı xavbekin əvvəlki oyununu göstərə bilməməsi də bununla əlaqələndirilib. Poqba yayda komandasını dəyişmək istəyinə düşüb.

 

Qeyd edək ki, Fransa yığmasının üzvü “Mançester Yunayted”ə 2016-cı ildə “Yuventus”dan keçib. O, “qırmızı şeytanlar”ın heyətində ümumilikdə 74 oyunda 12 qola imza atıb. 

0