[b]Silvanın xanımı Emeriyə söz atdı: Budu taktika?[/b]
15.02.2018 - 13:48
[b]Silvanın xanımı Emeriyə söz atdı: Budu taktika?[/b]

PSJ-nin baş məşqçisi Unai Emeri komandanın futbolçusu Tiaqo Silvanın həyat yoldaşının qəzəbinə tuş gəlib. Apasport.az saytı xəbər verir ki, buna braziliyalı müdafiəçinin Çempionlar Liqasında “Real”la keçirilən görüşdə ehtiyatda qalması səbəb olub.

 

Emerinin müdafiənin mərkəzində Presnel Kimpembeyə şans verməsi Silvanın xanımı İzabeleni özündən çıxarıb. Nəticədə o, sosial şəbəkədə status paylaşaraq, ispan çalışdırıcıya söz atıb: “PSJ 1:3 hesabı ilə uduzdu. Taktika? Budu taktika?”.

 

Maraqlıdı ki, İzabele bu statusu paylaşdıqdan bir müddət sonra onu silib.

 

Qeyd edək ki, Madriddə baş tutan “Real” – PSJ matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.  

0