[b]“Neftçi”dən ayrılan futbolçu Super Liqanın liderində[/b]
15.02.2018 - 15:11
[b]“Neftçi”dən ayrılan futbolçu Super Liqanın liderində[/b]

Qış fasiləsində “Neftçi”dən göndərilən ispaniyalı futbolçu Daniel Seqoviya özünə yeni klub tapıb. Apasport.az saytının Hindistan mətbuatına istinadən məlumatına görə, 33 yaşlı hücumçu karyerasını bu ölkədə davam etdirəcək.

 

Belə ki, o, Hindistan Super Liqasında mübarizə aparan “Benqaluru” klubu ilə anlaşıb. Seqoviyanın yeni komandası ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.

 

Qeyd edək ki, ispaniyalı mütəxəssis Albert Rokanın çalışdırdığı “Benqaluru” 15 turdan sonra Hindistan çempionatına başçılıq edir.

0