[b]Üç nümunə: Milli kubokun finalına mane olurmu?[/b]
15.02.2018 - 15:36
[b]Üç nümunə: Milli kubokun finalına mane olurmu?[/b]

Azərbaycan millisinin mayın 29-da Qırğızıstanla yoldaşlıq oyunu keçirməsi bir gün öncəyə nəzərdə tutulan Azərbaycan kubokunun finalına mane olmur. Apasport.az saytının məlumatına görə, ölkə futbolunun tarixi belə deməyə əsas verir.

 

Tarixə nəzər salsaq, üç dəfə kubokun finalı və millinin yoxlama oyunu ardıcıl iki günü əhatə edib. Təbii ki, hər dəfə də finalda çıxış edən klubların oyunçuları yoldaşlıq matçını buraxıb. Bu da təbiidi. Yoxlama oyununda iki klubun üzvlərinin olmaması faciə deyil.

 

Buna görə də bu il mayın 28-də keçirilməsi planlaşdırılan finalın tarixinin dəyişdirilməsi zəruri deyil. “Qəbələ”, “Sumqayıt”, “Neftçi” və “Keşlə” “dördlüy”ündən ikisinin təmsilçiləri olmadan Qırğızıstanla oynamaq problem yaratmaz.

 

2005-ci ildə səfərdə İran önünə “Bakı” və “İnter”, 2013-cü ildə Qətərdə “Neftçi” və “Xəzər Lənkəran”ın futbolçuları olmadan oynamaq mümkün olmuşdu. Cəmi iki il öncə “Qarabağ” və “Neftçi” Andorrayla matçda təmsil olunmamışdısa, yenə də finalçılarsız zəif rəqib önünə çıxmaq mümkündü. Maraqlıdı ki, hər üç final Bakıda keçirilibsə, millinin oyunu səfərdə baş tutub.

 

Ardıcıl iki günə təsadüf edən kubokun finalı və millinin oyunları

 

2005-ci il

Azərbaycan kubokunun finalı

28 may 2005. “Bakı” – “İnter” – 2:1, əlavə vaxtda

Millinin yoxlama oyunu

29 may 2005. Tehran. YO. İran – Azərbaycan – 2:1

 

2013-cü il

Azərbaycan kubokunun finalı

28 may 2013. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0, pen.5:3

Millinin yoxlama oyunu

29 may 2013. Doha. YO. Qətər – Azərbaycan – 1:1

 

2016-cı il

Azərbaycan kubokunun finalı

25 may 2016. “Qarabağ” – “Neftçi” – 1:0, əlavə vaxtda

Millinin yoxlama oyunu

26 may 2016. Bad Erlax (Avstriya). YO. Azərbaycan – Andorra – 0:0

0