[b]“Kəpəz”in zədəliləri qayıtdı[/b]
15.02.2018 - 16:17
[b]“Kəpəz”in zədəliləri qayıtdı[/b]

“Kəpəz”in zədəli futbolçuları sağalıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, ötən tur “Neftçi” ilə oyunu buraxan Murad Səttarlı və bakılılara qarşı görüşdə əzələsi dartılan Dieqo Souza sıraya dönüb.

 

Hər iki futbolçu fərdi hazırlıqdan sonra komanda ilə birgə məşqlərə qoşulub. Onların həftəsonu “Keşlə” ilə görüşdə meydana çıxması məşqçilər korpusunun qərarına bağlıdı.

 

Qeyd edək ki, fevralın 18-də Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Keşlə” matçı saat 15:00-da start götürəcək. 

0