[b]“Səbail” yeni transferini rəsmən açıqladı[/b]
15.02.2018 - 19:58
[b]“Səbail” yeni transferini rəsmən açıqladı[/b]

“Səbail” daha bir legioner futbolçunun transferini rəsmən açıqlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu uqandalı hücumçu Faruku Miya heyətə cəlb edib.

 

Daha əvvəl Belçikanın “Standard” (Liege) komandasında çıxış edən F.Miya mövsümün sonuna qədər icarə əsasında “Səbail”də oynayacaq. 
 

Qeyd edək ki, futbolçu “transfer pəncərəsi” dövründə Peşəkar Futbol Liqasında müvafiq qaydada qeydiyyatdan keçirilsə də, Azərbaycan Premyer Liqasının qış fasiləsindən sonra keçirilmiş ilk turunda viza məsələsinin həlli ilə əlaqədar adı heyətə daxil edilməmişdi. Artıq bütün sənədləşmə işləri tam həllini tapıb və uqandalı futbolçunu növbəti turlarda “Səbail”in heyətində görmək mümkün olacaq.

0