[b]“İnter”in bombardiri gecikir[/b]
15.02.2018 - 20:29
[b]“İnter”in bombardiri gecikir[/b]

“İnter” ciddi itki ilə üz-üzə qalıb. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu Mauro İkardinin zədədən dönüşü bu həftə də baş tutmaya bilər.

 

İtaliya A seriyasının 25-ci turu çərçivəsində keçiriləcək “Cenoa” ilə matçdan öncə komandanın bugünkü məşqində Mauro fərdi qaydada hazırlaşıb. Onun ümumi qrup ilə nə vaxt məşq edəcəyi haqqında hələ ki, məlumat verilmir.

 

Budunda problem olan argentinalının fevralın 17-də keçiriləcək oyunda iştirak edəcəyi şübhəlidi. İkardi artıq sözügedən zədə səbəbindən komandasının iki oyununda (“Krotone” – 1:1 və “Boloniya” – 2:1) meydana çıxa bilməyib.

 

Qeyd edək ki, bu mövsüm 22 matçda forma geyinən Mauro 18 qol vurub. O, komandasnın bombardiri olmaqla yanaşı, A seriyasının ümumi sıralamasında isə “Latsio”lu İmmobiledən (20 qol) geri qalır.

0