[b]Saviola futbola qayıtdı[/b]
15.02.2018 - 22:47
[b]Saviola futbola qayıtdı[/b]

“Barselona” və Argentina millisinin keçmiş hücumçusu Xavier Saviola yenidən futbola qayıdıb. Apasport.az saytının məlumatına görə, 2016-cı ildə karyerasını bitirmiş “dovşandiş” ləqəbli bəstəboy oyunçu bundan sonra böyük futbolda deyil, futzalda çıxış edəcək.

 

O, Andorranın “Enkamp” klubu ilə iki illik müqavilə imzalayıb.

 

İki il əvvəl ailəsi ilə bu ölkəyə köçən Saviola “Ordino” klubunda məşqçi köməkçisi kimi çalışıb.

 

Qeyd edək ki, əsasən, “Barselona”dakı çıxışları ilə məşhurlaşan hücumçu Argentina millisində də 43 oyun keçirib.

0