[b]Argentinalı ulduz derbiyə çatacaq[/b]
15.02.2018 - 23:12
[b]Argentinalı ulduz derbiyə çatacaq[/b]

“Yuventus”a zədəli oyunçusundan şad xəbər gəlib. Apasport.az saytının məlumatına görə, Paulo Dibala uzun müddət zədədən sonra yaşıl meydana qayıtmağa yaxındı.

 

İtaliya mətbuatında gedən məlumatlarda qeyd edilib ki, argentinalı yarımmüdafiəçinin bu həftə baş tutacaq “Torino” ilə derbidə meydana çıxmağa hazır olacağı gözlənilir.

 

Arxa baldır əzələsindən zədələnmiş Dibala yanvardan bəri meydana çıxmırdı.

 

Qeyd edək ki, bu mövsüm “Yuventus”la 19 oyun keçirmiş Paulo 14 qol vurub.

0