[b]“Onun qiyməti 700 milyondu” – “Real”ın prezidenti[/b]
16.02.2018 - 09:57
[b]“Onun qiyməti 700 milyondu” – “Real”ın prezidenti[/b]

“Asensio “Real”dan ayrılmaq istəmir. O, burda daha çox mükafat qazanmaq istəyir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Real” klubunun prezidenti Florentino Peres deyib.

 

Madrid təmsilçisinin futbolçusu Marko Asensionun adı son vaxtlar müxtəlif komandalarla birgə hallanmaqdadı.

 

Bu barədə “Mundo Deportivo”ya açıqlama verən Peres gənc yarımmüdafiəçi ilə yolları ayırmaq fikrində olmadığını bildirib. O, söhbət əsnasında Asensionun transfer qiymətini də açıqlayıb: “Markonun qiyməti 700 milyondu. Bir avro da aşağı qiymətə satıla bilməz. Baş məşqçinin ona güvənmədiyini düşünməyin. Kənardan Beyl-Benzema-Ronaldo triosuna daha çox şans verildiyi görünə bilər. Amma Zidan Asensioya heyrandı. Ötən yay Markoya görə bizə 150 milyon avroluq təklif gəlmişdi. Lakin nə mən razılıq verdim, nə də Zidan”.
 

0