[b]“Bavariya”dan güclüyük” - “Beşiktaş” rəsmisi[/b]
16.02.2018 - 10:30
[b]“Bavariya”dan güclüyük” - “Beşiktaş” rəsmisi[/b]

“Beşiktaş” klubunun vitse-prezidenti Ahmet Nur Çebi Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” ilə keçiriləcək oyunları dəyərləndirib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, vitse-prezident Avropa nəhəngi ilə duellərdə şansların yarı-yarıya olduğunu düşünür.

 

Nur Çebi hətta “Bavariya”dan yaxşı olduqlarını iddia edib: “Bavariya” ilə görüşlər bizim üçün çox önəmlidi. Çünki Türkiyənin fəxriyik, bu ölkəni beynəlxalq arenada təmsil edirik. Çiyinlərimizdə ağır yük və böyük məsuliyyət daşıyırıq. Hesab edirəm ki, mərhələ adlamaq şansımız “Bavariya” qədərdi. Hətta deyə bilərəm ki, biz onlardan daha güclüyük. Zəif olduğumuzu düşündürəcək bir səbəb yoxdu. Yer aldığımız qrupu birinci pillədə tamamlamış komandayıq. “Bavariya” üçün çətin rəqibik”.

 

Qeyd edək ki, fevralın 20-də “Bavariya”nın qonağı olacaq “Beşiktaş” martın 14-də rəqibini İstanbulda qəbul edəcək.

0