[b]Lider debütanta qarşı, izləyiciləri üz-üzə[/b]
16.02.2018 - 10:32
[b]Lider debütanta qarşı, izləyiciləri üz-üzə[/b]

Sabah Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, həftəsonu keçiriləcək qarşılaşmalar iki gün ərzində baş tutacaq.

 

Turun ilk gününün oyunları daha çox maraq kəsb edir. Çünki avrokuboklar uğrunda mübarizə aparan komandalar məhz fevralın 17-də üz-üzə gələcəklər. Öncə 2-ci, ardınca 4-cü yer uğrunda mübarizə aparan komandalar qarşılaşacaq.

 

Qəbələdə eyniadlı komanda “Zirə”ni qəbul edəcək. Roman Qriqorçukun yetirmələri cari mövsümdə məğlub edə bilmədiyi rəqibindən uzaqlaşmaq üçün qələbə qazanmalıdı. Paytaxt təmsilçisi isə bir pillə irəliləmək üçün turu itkisiz başa vurmalıdı. Ayxan Abbasovun komandası ardıcıl 8 matçdı meydanı qolsuz tərk etmədiyindən meydan sahiblərinin işi asan olmayacaq. Çempionatın ən yaxşı bombardiri Baqali Dabonun zədəli olması da qonaqların lehinədi.

 

İlk oyun günü “Sumqayıt”la “Neftçi” arasında duellə başa çatacaq. Ölkənin ən titullu klubu 4-cü pilləyə yüksəlmək üçün səfərdən mütləq qələbə ilə dönməlidi. Tərlan Əhmədovun yetirmələri 2018-ci ildə ardıcıl 2-ci qələbəni qazansa, Antalya toplanışındakı uğursuzluqları unutduracaq. Samir Abasovun komandası mövqeyini qorumaq üçün xal qazanmalı, imkan daxilində izləyicisindən uzaqlaşmalıdı. Lakin meydan sahibləri cəzalı kapitan Vurğun Hüseynovun xidmətindən məhrumdu ki, bu da bakılıların xeyinədi.

 

Autsayderlər “Keşlə” və “Kəpəz” ikinci oyun gününə start verəcək. Mövsümün ilk yarısında iki dəfə Bakıda üz-üzə gələn komandalar bu dəfə Gəncədə qarşılaşacaq. Qərblilər 5 matçlıq məğlubiyyət seriyasına son qoymağa, Yunis Hüseynovun rəhbərliyi altında ilk xalını qazanmağa iddialıdı. Gəncə təmsilçisi qələbə ilə son pillədən də qurtula bilər. Yuri Maksimovun baş məşqçiliyi dövründə ilk səfərə çıxan paytaxt klubu qələbəsiz oyunlar seriyasını qırmağa köklənib. 11 görüşdü qalib gəlməyən “Keşlə” sonuncu pillədən uzaqlaşmaq, “Səbail”lə fərqi azaltmaq niyyətindədi.

 

Sonuncular isə çempionatın lideri “Qarabağ”ı qəbul edəcək. Rəqibi ilə əvvəlki oyunlarda həm qola, həm xala həsrət qalan Samir Əliyevin komandası sensasiyaya imza atmaq əzmindədi. 4 oyunluq qələbəsizliyə son vermək üçün meydana çıxacaq bakılılar autsayderlərdən uzaqlaşmaq üçün xal qazanmağa borcludu. Son üç matçda qol buraxmayan Qurban Qurbanovun yetirmələri uğurlu seriyanı səfərdə davam etdirməyə çalışacaq. İzləyiciləri ilə fərqin azalmaması üçün ağdamlılar debütanta xal verməməlidi.

 

Azərbaycan Premyer Liqası

XV tur

17 fevral (şənbə)

15:00. “Qəbələ” – “Zirə”
İlk iki dövrədəki oyunlar: 1:1, 1:2

Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Neftçi”
İlk iki dövrədəki oyunlar: 1:0, 1:2

Sumqayıt. Şəhər stadionu


18 fevral (bazar)

15:00. “Kəpəz” – “Keşlə”
İlk iki dövrədəki oyunlar: 2:3, 2:0

Gəncə şəhər stadionu

17:30. “Səbail” – “Qarabağ”
İlk iki dövrədəki oyunlar: 0:1, 0:2

“Bayıl Arena”

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

15

12

2

1

25-6

38

2

Qəbələ

15

10

2

3

28-14

32

3

Zirə

15

9

4

2

24-12

31

4

Sumqayıt

15

6

3

6

18-18

21

5

Neftçi

15

6

1

8

18-16

19

6

Səbail

15

4

2

9

10-22

14

7

Keşlə

15

2

3

10

10-25

9

8

Kəpəz

15

2

1

12

10-30

7

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bombardir: Baqali Dabo ("Qəbələ) - 9 qol 

0