[b]FİFA referiləri ofsaydda[/b]
16.02.2018 - 11:08
[b]FİFA referiləri ofsaydda[/b]

Azərbaycan Premyer Liqasında XVI turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun “Qəbələ” və “Zirə” arasında mərkəzi oyun Rauf Cabbarova tapşırılıb.

 

“Sumqayıt” - “Neftçi” görüşündə isə İnqilab Məmmədov fit çalacaq. FİFA referiləri isə bu turda oyun idarə etməyəcək. Əliyar Ağayevlə Rəhim Həsənov dördüncü hakim funksiyasını yerinə yetirəcəksə, Ömər Paşayev bu dəfə ofsaydda qalıb.

 

Azərbaycan Premyer Liqası

XVI tur

17 fevral (şənbə)

15:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qəbələ şəhər stadionu


18:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. Şəhər stadionu


18 fevral (bazar)

15:00. “Kəpəz” – “Keşlə”

Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu


17:30. “Səbail” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Nahid  Əliyev, Əliyar Ağayev 
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
“Bayıl Arena”

0