[b]7-ci prezident 8 qələbə ilə getdi[/b]
16.02.2018 - 12:39
[b]7-ci prezident 8 qələbə ilə getdi[/b]

“Neftçi” istefa verən prezidenti Orxan Hüseynzadənin rəhbərliyi dövründə 18 oyun keçirib. Apasport.az saytının məlumatına görə, 2017-ci iyulundan bu postda olan sabiq klub rəhbəri komandasının 15 çempionat və 3 kubok matçını izləyib.

 

“Ağ-qaralar” bu qarşılaşmaların yarısında – 9 dəfə uduzub. 8 qələbə görən sabiq prezident cəmi 1 heç-heçəyə şahidlik edib. Bu müddətdə bakılılar 25 qol vurub və 17-ni buraxıb.

 

Premyer Liqadakı 15 matçda 6 qələbə qazanıb, 1 heç-heçə edib, 8 dəfə uduzan “Neftçi” Hüseynzadə ilə başladığı mövsümdə 5-ci sırada qəralaşıb. Paytaxt təmsilçisi rəqib qapılarına 18 top vurub və 16-nı buraxıb.

 

Kubokda 1/8 və 1/4 final sədlərini adlayan “ağ-qaralar” 3 qarşılaşmada 2 qələbə qazanıb, 1 dəfə meydanı məğlub tərk edib. Bu matçlarda 7 qol vuran paytaxt təmsilçisi 1 top buraxıb.

 

Qeyd edək ki, Hüseynzadə “Neftçi” tarixinin 7-ci prezidentidi. Lakin klub bir müddət Müşahidə Şurası tərəfindən də idarə olunub.

0