[b]Kopello Azərbaycana medal qazandırdı[/b]
16.02.2018 - 14:40
[b]Kopello Azərbaycana medal qazandırdı[/b]

Polşanın Torun şəhərində atletika üzrə keçirilən Dünya Qış Turunun V mərhələsi keçirilib. Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, mövsümün nüfuzlu yarışlarından hesab olunan turnirdə ölkəmizi Aleksis Kopello təmsil edib.

 

Milliləşdirilmiş legioner üç təkanla tullanmada mübarizə aparıb. Madrid mərhələsinin dördüncüsü olan Kopello Torunda ikinci yeri tutub. O, 16,89 m nəticə ilə gümüş medala yiyələnib.

0