[b]Mundialın üzünə 50 milyon[/b]
16.02.2018 - 15:05
[b]Mundialın üzünə 50 milyon[/b]

PSJ rəhbərliyi Neymarı komandada saxlamağın yolunu tapıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı forvard 2022-ci ildə keçiriləcək dünya çempionatının üzlərindən biri kimi qazanc əldə edəcək.

 

Belə ki, PSJ-nin qətərli sahibi Nasser əl-Xelaifi ölkəsində baş tutacaq mundialın üzü olmağın müqabilində Neymara hər il 50 milyon avro ödəyəcək. 26 yaşlı superulduzla bu mövzuda danışıq müsbət nəticələnib.

 

Qeyd edək ki, yayda “Barselona”dan transfer edilən Neymarın PSJ-də illik məvacibi 38 milyon avrodu.

0