[b]"Kəpəz" Bakı hazırlığını tamamladı[/b]
16.02.2018 - 20:05
[b]"Kəpəz" Bakı hazırlığını tamamladı[/b]

Azərbaycan Premyer Liqasının XVI turunda “Keşlə”ni qəbul edəcək “Kəpəz” oyunun əsas hazırlığını tamamlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, həftəboyu Bakıda məşq edən komanda Gəncəyə yola düşüb.

 

Belə ki, "Kəpəz" oyunöncəsi son hazırlığı Gəncə şəhər stadionunda keçirəcək. Qarşılaşmanın baş tutacağı arenada sabah olacaq çalışma saat 17:00-da başlayacaq. Məşq prosesi azarkeşlər üçün açıq xarakter daşıyacaq.

 

Qeyd edək ki, fevralın 18-də keçiriləcək "Kəpəz" - "Keşlə" matçı saat 15:00-da start götürəcək.

0