[b]Limitin bir addımlığında olanlar[/b]
16.02.2018 - 20:21
[b]Limitin bir addımlığında olanlar[/b]

Futzal üzrə Yüksək Liqada XV turun oyunları keçirilib. Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, mövsümün ikinci yarısına məğlubiyyətlə başlayan “FK.İD.Futsal” növbəti turda EKOL-la keçirəcəyi matça itki ilə çıxacaq.

 

Belə ki, Faiq Əliyev “Marafon Futsal”la dueldə sarı vərəqə aldığına görə, limiti doldurub və nəticədə cəzalı duruma düşüb.

 

Limitin bir addımlığında isə 10 oyunçu var. Bunlar Reza Toloui, Vüsal Səfərov (hər ikisi “Yasamal”), Fərid Ələkbərov, Sərxan Məstiyev (hər ikisi EKOL), Nihad İsmayılov (“FK.İD.Futsal”), Əjdər Əjdərov, Rüfət Balakişiyev (hər ikisi “Neftçi” İK), Qüdrət İsmayılov (“Xəmsə”), Eduardo Borges və Ramiz Çovdarovdu (hər ikisi “Araz”).

0