[b]“Transfer pəncərəsi” bağlandı[/b]
16.02.2018 - 21:10
[b]“Transfer pəncərəsi” bağlandı[/b]

Futzal üzrə ölkə çempionatının bütün liqaları üzrə “transfer pəncərəsi” bağlanıb. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, klublar artıq transfer edə bilməzlər.

 

Belə ki, Yüksək Liqa komandaları yanvarın, Birinci və İkinci liqaların iştirakçıları isə fevarlın ilk günündən etibarən heyətlərinə cəlb etdikləri yeni oyunçuları qeydiyyatdan keçirə bilərdilər.

 

Bu gün transfer dövrünün son günü idi. Federasiya “transfer pəncərəsi”nin başa çatdığını elan edib.

0