[b]"Neftçi" Sumqayıt tilsimini qıra biləcəkmi?[/b]
16.02.2018 - 23:42
[b]"Neftçi" Sumqayıt tilsimini qıra biləcəkmi?[/b]

Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində sabah "Neftçi" ilə "Sumqayıt" üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, bu, komandaların ölkə çempionatlarında 23-cü dueli olacaq.

 

İndiyə qədər baş tutan 22 görüşün 12-də "Neftçi", 8-də "Sumqayıt" qalib gəlib. Digər 2 matçda isə bərabərlik qeydə alınıb. Top fərqində də bakılıların üstünlüyü var – 37:26.


Maraqlı məqam ondadı ki, son 5 qarşılaşmada meydan sahibi olan tərəf qələbə qazanıb. "Neftçi" axırıncı 4 səfər oyunundan məğlub dönüb.

 

Qeyd edək ki, Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.

0