[b]Əsrin ən yaxşı bombardiri - Balotelli[/b]
17.02.2018 - 12:11
[b]Əsrin ən yaxşı bombardiri - Balotelli[/b]

“Nitsa”nın hücumçusu Mario Balotelli klubun tarixinə düşüb. Apasport.az saytı xəbər verir ki, 28 yaşlı futbolçu XXI əsrdə Fransa təmsilçisinin ən yaxşı bombardiri adına yiyələnib.

 

Balotelli bunu Avropa Liqasının 1/16 final mərhələsində Moskva “Lokomotiv”i keçirilən ilk oyunda (2:3) dubl etməklə bacarıb. “Nitsa”dakı qollarının sayını 38-ə çatdıran İtaliya yığmasının üzvü bununla da Dario Çvitaniçi qabaqlayaraq, vahid liderə çevrilib.

 

Qeyd edək ki, Çvitaniç “Nitsa”da rəqib qapılarına 36 dəfə yol tapıb.

0