[b]Azərbaycan kuboku: Final nə vaxt keçiriləcək?[/b]
17.02.2018 - 14:17
[b]Azərbaycan kuboku: Final nə vaxt keçiriləcək?[/b]

Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanovla Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev arasında görüş keçirilib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, işgüzar görüş zamanı millinin qarşıdakı oyunlarının təqvimi müzakirə edilib.

 

Yığmamızın mayın 29-da Qırğızıstanla yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, Azərbaycan kubokunun final görüşünün vaxtında hər hansı bir dəyişiklik edilməyəcək. Belə ki, ölkə kubokunun 2017/2018-ci illər mövsümünün final oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi, 28 may Respublika günündə baş tutacaq. 
 

Millinin mart toplanışı və 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq futbol təqvimində müəyyən dəyişiklik ediləcək. Bu barədə məlumat yaxın günlərdə açıqlanacaq.

0