[b]“Ləzgi xəncəri ilə onun başını kəsəcəm” – Ramin Musayev[/b]
17.02.2018 - 20:57
[b]“Ləzgi xəncəri ilə onun başını kəsəcəm” – Ramin Musayev[/b]

PFL prezidenti Ramin Musayev “Sumqayıt” - “Neftçi” oyunundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Matç haqqında nə deyə bilərsiz?

- Maraqlı və sürətli oyun oldu. Bəyənilsin.

 

- Klub prezidentlərinin dəyişiklikləri ilə bağlı nə düşünürsüz?

- Nə deyə bilərəm? Belə məsləhət biliblərsə, belə də olmalıdı.

 

- Sizcə, Premyer Liqa klublarının prezidentlərinin yerdəyişməsi qəribə deyil?

- Yerdəyişmə olmayıb axı. Əgər “Neftçi”nin də prezidenti “Sumqayıt”a keçsəydi, onda yerdəyişmə olardı.

 

- Yaxşı, prezidentin bir klubdan digərinə keçməsi düzgündü?

- O sualı mənə yox, keçən adamın özünə vermək lazımdı. Amma əgər belə məsləhət görülübsə ki, gedib orda çalışmalıdı, bunu artıq şərh etməyə gərək yoxdu. Görürsüz ki, “Sumqayıt” gözəl oyun nümayiş etdirir. Yəqin həmin insana olan inamdı ki, “xalq komandası” “Neftçi” ona həvalə olunub.

 

- Bəs bu dəyişikliyin oyundan bir gün qabaq baş tutmasını necə qəbul edirsiz?

- Əgər olmalıdısa, olacaq. Bir gün gec, bir gün tez, nə fərqi var? Mən burda qəbahət bir şey görmürəm.

 

-  Tərlan Əhmədovla bağlı yenə açıqlama vermisiz və onu öz üsullarınızla cəzalandıracağınızı demisiz. Üsullarınız nədi?

- Bu üsul bir ləzgi xəncəridi, kəsəcəm başını. Nə cəza verəsiyəm ee, küsürəm, bu da bəs edir ona. Dost dostdan inciməyi necə olur?

 

- Məsələnin kökündə nə dayanır?

- Heç nə dayanmır. Bunu niyə belə şişirdirsiz? Sadəcə xətrini istədiyim insandı, istəyirəm ki, adını yaxşı şeylərdə eşidim.

 

- Kamran Quliyev deyib ki, bu, bizim kluba qarşı təzyiqdi...

- Təzyiqdi? Siz ədəbiyyatı yaxşı bilirsiz? Çıxışımı oxuduz? Orda təzyiqli bir cümlə var?

 

- Hər halda klub prezidenti elə qəbul edib...

- Kim necə istəsə qəbul edə bilər. Mən də sizə sual verirəm, çıxışımda, kluba, işçilərinə, kiməsə təzyiq edəcək nəsə var? Deməli bu boş söhbətdi.

 

- Ölkə kuboku məsələsini soruşmaq istərdik...

- Kubokun finalı əvvəldən də deyildiyi kimi mayın 28-də olacaq və hamımız birlikdə gedəcəyik Qəbələyə.

 

- Böyükağa Hacıyev hazırda ağır vəziyyətdədi. Onu ziyarət etmisiz?

- Mən yatanda o gəlməyib, mən də getmirəm. Məndə 5 stend var idi, onda 3 dənədi. Gəlsəydi, gedərdim. Həyatda hər şey qarşılıqlıdır.

0