[b]Ölkə kubokunun finalı harda keçiriləcək?[/b]
17.02.2018 - 21:28
[b]Ölkə kubokunun finalı harda keçiriləcək?[/b]

Azərbaycan Kubokunun final matçının məkanı bəlli olub. Apasport.az saytının məlumatına görə, bu barədə Ramin Musayev açıqlama verib.

 

“Sumqayıt” – “Neftçi” oyunundan sonra jurnalistlərin suallarını cavablandıran Musayev həlledici görüşün Qəbələdə baş tutacağını bildirib.

 

Qeyd edək ki, PFL daha əvvəl rəsmi saytı vasitəsilə final oyununun əvvəldən təyin olunduğu kimi mayın 28-də olacağını yayımlamışdı.

0