Futbol üzrə İngiltərə Kubokunda 1/8 final mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
"Şeffild Uensdey" - "Suonsi Siti" görüşündə qalib müəyyənləşməyib. Bu səbəbdən sözügedən komandalar təkrar oyunda üz-üzə gələcəklər.
Günün digər oyunlarına gəlincə, "Sauthempton" səfərdə "Vest Bromviç"i, "Mançester Yunayted" isə "Haddersfild"i üstələyərək, növbəti mərhələyə yüksəlib. "Brayton" da doğma meydanda "Koventri Siti"dən üstün olub.
İngiltərə Kuboku
1/8 final
17 fevral
“Şeffild Uensdey” – “Suonsi Siti” – 0:0
“Brayton” – “Koventri Siti” – 3:1
Qollar: Lokadia, 15, Qoldson, 34, Uolla, 61
“Vest Bromviç” – “Sauthempton” – 1:2
Qollar: Rondon, 58 – Hoedt, 11, Tadiç, 56
“Haddersfild” – “Mançester Yunayted” – 0:2
Qollar: Lukaku, 3, 55