[b]Qonaqların günü, eyni hesab, eyni dəqiqə - YENİLƏNİB[/b]
18.02.2018 - 19:28
[b]Qonaqların günü, eyni hesab, eyni dəqiqə - YENİLƏNİB[/b]

Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün turun daha iki görüşü keçirilib.

 

İkinci oyun gününə autsayderlər - “Keşlə” və “Kəpəz” start verib. Mövsümün ilk yarısında iki dəfə Bakıda üz-üzə gələn komandalar bu dəfə Gəncədə qarşılaşıblar. Qərblilər 5 matçlıq məğlubiyyət seriyasına son qoymağa, Yunis Hüseynovun rəhbərliyi altında ilk xallarını qazanmağa iddialı olsalar da, bunu reallaşdıra bilməyiblər. Yuri Maksimovun baş məşqçiliyi dövründə ilk səfərə çıxan paytaxt klubu Gəncədə 3 xal qazanıb. Nəticədə "Kəpəz"in məğlubiyyət seriyası 6 oyuna çatıb. 

 

Günün ikinci görüşündə "Səbail" lider "Qarabağ"ı qəbul edib. Rəqibi ilə əvvəlki oyunlarda həm qola, həm xala həsrət qalan Samir Əliyevin komandası "ənənəyə sadiq qalıb". Son üç matçda qol buraxmayan Qurban Qurbanovun yetirmələri isə uğurlu seriyanı bu görüşdə də davam etdiriblər. Gəncədə olduğu kimi, Bayılda da qələbə qazanan tərəf qonaqlar olub. "Qarabağ" da 3 xalı tək qolla əldə edib. Diqqətçəkən digər məqam isə "Keşlə"nin qələbə qolunun müəllifi Fuad Bayramov kimi, Mahir Mədətovun da 51-ci dəqiqədə fərqlənməsi olub. 

 

 

Azərbaycan Premyer Liqası

XVI tur

18 fevral (bazar)
 


“Səbail” – “Qarabağ” - 0:1

Qol: Mahir Mədətov, 51
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Nahid  Əliyev, Əliyar Ağayev 
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
“Bayıl Arena”

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 11. Elman Taqayev, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov (k), 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk, 92. Vaxit Orazsaxedov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 10. Nurlan Novruzov, 21. Murtuz Abakarov, 66. Pərviz Qaraxanov, 13. Faruk Miya, 99. Maudo Jarjue, 20. Eltun Yaqublu 
Baş məşqçi: Samir Əliyev

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 77. Donald Gerrye, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 89. Nicat Mehbalıyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov

 

 


“Kəpəz” – “Keşlə” - 0:1

Qol: Fuad Bayramov, 51
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu

“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13.Şəhriyar Rəhimov (k), 18. Tural Cəlilov, 4. Şəhriyar Əliyev, 91. Dario Frederiko, 16. Giuli Mandjqaladze, 8. Samir Zərgərov, 12. İlyas Səfərzadə, 48. Dieqo Qusmao Souza, 24. Şadon Vinçester
Ehtiyat oyunçular: 55. Tərlan Qasımzadə, 1. Davud Kərimi, 10. Tural Rzayev, 9. İlkin Sadıqov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 21. Murad Səttarlı, 5. Tural Nərimanov, 7. Roman Hüseynov, 20. Tərzin Cahangirov, 3. Dedimar Ferreyra, 2. Yusif Cəfərov
Baş məşqçi: Yunis Hüseynov

“Keşlə”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 65. Cabir Əmirli, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Vaqif Cavadov, 19. Pablo Podio, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

16

13

2

1

26-6

41

2

Qəbələ

16

11

2

3

30-15

35

3

Zirə

16

9

4

3

25-14

31

4

Sumqayıt

16

7

3

6

20-18

24

5

Neftçi

16

6

1

9

18-18

19

6

Səbail

16

4

2

10

10-23

14

7

Keşlə

16

3

3

10

11-25

12

8

Kəpəz

16

2

1

13

10-31

7

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bombardir: Baqali Dabo ("Qəbələ) - 10 qol

0