[b]Cüdoçularımızdan İspaniyada 2 medal - FOTOSESSİYA[/b]
18.02.2018 - 13:24
[b]Cüdoçularımızdan İspaniyada 2 medal - FOTOSESSİYA[/b]

İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib. Apasport.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günündə cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

 

Qızlar arasında 44 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Kərimova İspaniya, İtaliya, Fransa və Rusiya cüdoçularına qalib gələrək, finala çıxıb. Həlledici görüşdə İtaliya təmsilçisi Silvio Draqonu məğlub edən Vüsalə İspaniyada çempion olub.

 

Oğlanların mübarizəsində 50 kq çəki dərəcəsində yarışan Mirağa Hacıyev İsrail, İtaliya, İspaniya, Rusiya və Fransa təmsilçiləri üzərində qələbə qazanaraq finala çıxıb. Finalda İsrail idmançısı Ariel Şulmana uduzan cüdoçumuz gümüş medala layiq görülüb.

 

Fuenqirola Avropa kuboku yarışında 36 ölkədən 471 cüdoçu mübarizə aparır.

 

Qeyd edək ki, İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.

0