[b]Millimizin üzvü oynamadı, komandası xal itirdi[/b]
18.02.2018 - 13:37
[b]Millimizin üzvü oynamadı, komandası xal itirdi[/b]

Portuqaliya Sequndasında XXV turun oyunları keçirilir. Apasport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası da meydana çıxıb.

 

Lissabon təmsilçisi “Jil Visente”nin qonağı olub. Qarşılaşmada hesab açılmayıb - 0:0.

 

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü bu matçda iştirak etməyib. Onun adı "18-lik"də yer almayıb.

 

Qeyd edək ki, 30 xala malik "Sportinq"in B komandası turnir cədvəlində hazırda 14-cü pillədə yer alıb.

0