[b]Dabo Kamananı geridə qoydu[/b]
18.02.2018 - 17:40
[b]Dabo Kamananı geridə qoydu[/b]

Azərbaycan Premyer Liqasının XVI turunda “Zirə”ni qəbul edən “Qəbələ” 2:1 hesabı ilə qalib gəlib. Apasport.az saytı "qırmızı-qaralar"ın saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionundakı qarşılaşma bəzi statistik məqamlarla əlamətdar olub.

 

Filip Ozobiç “Qəbələ”də 60-cı oyununu keçirib. Xorvatiyalı yarımmüdafiəçi çempionatda 35, UEFA Avropa Liqasında 18, Azərbaycan kubokunda 7 matça çıxıb. "Qəbələ" 2-ci mövsümünü keçirən Filip “qırmızı-qara” formada 60 və daha artıq oyun keçirən 28-ci futbolçudu.

 

Baqali Dabo isə “Qəbələ”nin heyətində 22-ci qolunu vurub. O, klub tarixinin 4-cü bombardiridi. Hücumçu Viktor Mendi (33), Dodo (30) və Ozobiçdən (23) geri qalır.

 

Premyer Liqada 17-ci dəfə fərqlənən Dabo Yannik Kamananı (16) arxada qoyub. Çempionatda 3-cü göstəriciyə malik Baqali yalnız Mendi (29) və Dododan (23) geri qalır.

 

“Qəbələ” məğlubiyyətsiz oyunlar seriyasını 9-a çatdırıb. 6 çempionat və 3 kubok görüşünü əhatə edən seriya müddətində 8 qələbəsi olan bölgə təmsilçisi 1 heç-heçə edib. Ev matçlarında isə “qırmızı-qaralar” 4 çempionat və 2 kubok oyunu olmaqla ardıcıl 6 qələbə qazanıb.  

0