[b]"Qəbələ"dən böyükhesablı qələbə, "Neftçi" uduzdu[/b]
18.02.2018 - 17:52
[b]"Qəbələ"dən böyükhesablı qələbə, "Neftçi" uduzdu[/b]

Əvəzedicilərin çempionatında XVI tur start götürüb. Apasport.az saytı xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

 

“Qəbələ” öz meydanında “Zirə” ilə qarşılaşıb. Emin İmaməliyevin yetirmələri 2018-ci ilin ilk ev oyunundan qələbə ilə ayrılıblar. Çempionatın lideri qarşılaşmanın taleyini artıq ilk yarıda həll edib. Belə ki, Yusif Nəbiyev, Hacıağa Hacılı və Kamran Quliyev ilk 30 dəqiqədə qonaqların qapısına yol tapıb. Oyunun sonlarında isə Əli Səmədov paytaxt təmsilçisini mərkəzdən başlamağa məcbur edib. Mövsümdə 12-ci qələbəsini qazanan “qırmızı-qaralar” liderliyini möhkəmlədib.

 

Günün digər matçında isə "Sumqayıt" "Neftçi"ni qəbul edib. Ev sahibləri 1:0 hesablı qələbəyə seviniblər.

 

Əvəzedicilərin çempionatı

XVI tur

 

18 fevral

“Qəbələ” – “Zirə” – 4:0

(Yusif Nəbiyev, 8; Hacıağa Hacılı, 20; Kamran Quliyev, 30; Əli Səmədov, 78)

 

"Sumqayıt" - "Neftçi" - 1:0

(Elvin Nəsibov, 8)

 

 

1

Qəbələ

16

12

2

2

55-14

38

2

Səbail

15

8

3

4

23-19

27

3

Keşlə

15

5

8

2

23-18

23

4

Zirə

16

6

4

6

21-26

22

5

Neftçi

16

5

4

7

13-20

19

6

Qarabağ

15

5

2

8

19-26

17

7

Sumqayıt

16

4

4

8

16-32

16

8

Kəpəz

15

1

5

9

10-26

8

 

0