[b]"Nadir hallarda topa bu qədər az sahib oluruq" - Qurban Qurbanov[/b]
18.02.2018 - 19:47
[b]"Nadir hallarda topa bu qədər az sahib oluruq" - Qurban Qurbanov[/b]

"Futbolçularımı təbrik edirəm. Vacib 3 xal qazandıq". Apasport.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Azərbaycan Premyer Liqasının XVI turunda "Səbail"in qonağı olan Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.

 

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov bunları deyib: "Samir Əliyev yaxşı komanda yaradıb. Bizim üçün çətin oldu. Çox nadir hallarda bu cür tempdə oyun izləyirik".

 

- Miçel yenidən zədələndi?

- Oyun zamanı ağrıları çoxaldı. Meydanda sərt oyun gedirdi. Hiss olunurdu ki, kimsə zədələnəcək. Sonda Miçel zədələndi. Onun vəziyyətinə yaxın günlərdə aydınlıq gələcək. Növbəti matçda oynayıb-oynamayacağını bilmirəm.

 

- “Qəbələ” ilə oyunla müqayisədə bu matç daha gərgin keçdi...

- “Qəbələ” ilə oyun fərqli idi. Fasilədən sonra ilk matçımız idi. Həmin görüşdə hər hansı kiçik səhvdə bizi cəzalandıra bilərdilər. Bu oyundan açığı həzz aldım. Rəqib çox hücuma keçirdi. Çox nadir hallarda topa bu qədər az sahib oluruq.

 

- Meydanda sərt oyunun keçməsi futbolçuları əsəbləşdirirdi...

- Bir var sərt, bir də var kobud oyun. Kobud oyun məni bir qədər narahat edirdi. Ümid edirəm ki, “Səbail” digər komandalara qarşı da belə oynayacaq. Çəkinmədən pressinq edirdilər.

 

- Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək. Bir gün sonra millinin oyunu var. Bu barədə nə deyə bilərsiz?

- Bizim aramızda kubokun vaxtı ilə bağlı müzakirə olmayıb. Mən mart ayının proqramını təqdim etdim. Həmin vaxt keçirəcəyimiz oyunların vaxtını 1-2 gün önə çəkəcəyik. Digər matçlar isə olduğu kimi qalacaq.

0