[b]“Seqoviyaya əvvəlki klubundakı maaşı verə bilməzdik”[/b]
19.02.2018 - 12:00
[b]“Seqoviyaya əvvəlki klubundakı maaşı verə bilməzdik”[/b]

Qış transfer dönəminin son günlərində “Neftçi”dən ayrılaraq Hindistana yollanan Daniel Seqoviyanın Avropada qalmaq variantı da olub. Apasport.az saytının Avstriya mətbuatına istinadən məlumatına görə, ispaniyalı forvard “Benqaluru”dan əvvəl bu ölkənin “Blau-Vays Lints” klubundan təklif alıb.

 

Lints təmsilçisinin idman direktoru David Vimleytner 33 yaşlı forvardla maraqlandıqlarını təsdiqləsə də, keçidin baş tutmamasının səbəbi kimi maliyyə məsələsini göstərib. Belə ki, o, Seqoviyanın maaşını qarşılamaq iqtidarında olmadıqlarını vurğulayıb: “Biz Seqoviyaya əvvəlki klubunda (“Neftçi”də) qazandığı maaşı yalnız yaza qədər ödəyə bilərdik. Yəni bu şərtlər altında onunla uzunmüddətli müqavilə imzalamağımız mümkün deyildi. Bu səbəbdən keçiddən imtina etməli olduq”.

 

Qeyd edək ki, “Neftçi”yə ötən ilin qış fasiləsində Avstriyanın "Sankt-Pyolten" klubundan keçən Daniel Seqoviya paytaxt təmsilçisinin heyətində 19 oyunda 7 qol vurub.

0