[b]Ançelotti "Çelsi"yə qayıdır?[/b]
19.02.2018 - 16:55
[b]Ançelotti "Çelsi"yə qayıdır?[/b]

Karlo Ançelotti məşqçilik fəaliyyətini bərpa etmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, yayda yenidən iş başında olmaq istəyir.

 

İtaliyalı çalışdırıcı İngiltərədə fəaliyyət göstərmək arzusundadı. Ançelottinin “Çelsi”dən ayrılacağı gözlənilən Antonio Konteni əvəzləyəcəyi haqda məlumat yayılıb. London klubu təcrübəli mütəxəssis üçün yad deyil. Belə ki, Ançelotti 2009-2011-ci illərdə “zadəganlar”ı çalışdırıb.

 

Qeyd edək ki, karyerası ərzində "Yuventus", "Milan", "Real" və PSJ kimi klubları da çalışdırmış Karlo Ançelottinin son iş yeri ötən il ayrıldığı "Bavariya" olub. 

0