[b]"Barselona" Londondan heç-heçə ilə döndü, "Bavariya" işi İstanbula saxlamadı - YENİLƏNİB[/b]
21.02.2018 - 01:37
[b]"Barselona" Londondan heç-heçə ilə döndü, "Bavariya" işi İstanbula saxlamadı - YENİLƏNİB[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti iki qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, mərhələnin ən maraqlı görüşlərindən biri məhz bu gün oynanılıb.

 

Günün ən önəmli və həyəcanlı oyunu Londonda keçirilib və “Barselona” “Çelsi”nin qonağı olub. Hər iki komanda çıxış etdikləri bütün turnirlərin favoritləri sırasında olduqlarından bu görüşü erkən final kimi də təqdim etmək olardı. Meydan sahiblərinin ən fəal oyunçusu olan Villian birinci hissədə 2 dəfə dirəyə "ilişsə"də, 62-ci dəqiqədə üçüncü cəhdində Ter Ştegeni məyus edə bilib. Lakin sona 15 dəqiqə qalmış Lionel Messi bərabərlik qoluna imza atıb - 1:1.

 

Günün digər qarşılaşması isə azərbaycanlı futbolsevərlər tərəfindən xüsusi maraqla gözlənilirdi. Ölkəmizdə kifayət qədər azarkeş dəstəyi olan Türkiyə təmsilçisi “Beşiktaş” Münhendə möcüzə axtarışına çıxmışdı. Lakin matçın əvvəllərində müdafiəçi Domaqoy Vidanın aldığı qırmızı vərəqə “qara qartallar”ın planını pozub. Nəticədə uzun müddət azlıqda çıxış edən rəqibinin qapısından 5 cavabsız top keçirən “Bavariya” 1/4 final mərhələsinə vəsiqəni, demək olar ki, rəsmiləşdirib. Bu nəticədən sonra İstanbuldakı cavab görüşü formal xarakter daşıyacaq.

 

Çempionlar Liqası

1/8 final mərhələsi (ilk oyunlar)

20 fevral

 

“Bavariya” – “Beşiktaş” - 5:0

Qollar: Müller, 43, 66; Koman, 53; Levandovski, 79, 88

Qırmızı vərəqə: Domaqoy Vida, 16

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

“Alyans Arena”, Münhen

"Bavariya" (Almaniya): 26. Sven Ulrayx, 5. Mats Hummels, 17. Jerom Boatenq, 27. David Alaba, 32. Joşua Kimmix, 8. Xavi Martines, 23. Arturo Vidal, 11. Hames Rodriges, 29. Kinqsli Koman, 25. Tomas Müller, 9. Robert Levandovski

Ehtiyat oyunçular: 22. Tom Ştark, 4. Niklas Süle, 13. Rafinya, 24. Sorentin Tolisso, 7. Frank Riberi, 10. Aryen Robben, 2. Sandro Vaqner

Baş məşqçi: Yupp Haynkes

"Beşiktaş" (Türkiyə): 1. Fabri, 21. Domaqoy Vida, 5. Pepe, 88. Caner Erkin, 3. Adriano, 13. Atiba Hatçinson, 12. Qari Medel, 8. Ryan Babel, 7. Rikardo Kuarejma, Anderson Taliska, 30. Vaqner Lav

Ehtiyat oyunçular: 29. Tolqa Zəngin, 6. Duşko Toşiç, 77. Gökhan Gönül, 18. Tolqay Arslan, 10. Oğuzhan Özyakup, 17. Cermeyn Lens, 9. Alvaro Neqredo

Baş məşqçi: Şenol Günəş

 

“Çelsi” – “Barselona” - 1:1

Qollar: Villian, 62 - Messi, 75

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

“Stemford Bric”, London

"Çelsi" (İngiltərə): 13. Tibo Kurtua, 2. Antonio Rüdiger, 27. Andreas Kristensen, 28. Sezar Azpilikueta, 3. Markos Alonso, 15. Viktor Mozes, 7. Nqolo Kante, 4. Sesk Fabreqas, 11. Pedro Rodriges, 22. Villian, 10. Eden Azar

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 24. Qari Keyhill, 21. Davide Zappakosta, 70. Kallum Hadson-Odoi, 6. Danni Drinkuoter, 9. Alvaro Morata, 18. Olivye Juru

Baş məşqçi: Antino Konte

"Barselona" (İspaniya): 1. Ter Ştegen, 3. Xerard Pike, 23. Samuel Umtiti, 18. Xordi Alba, 20. Serxi Roberto, 5. Serxio Buskets, 4. İvan Rakitiç, 8. Andres İnyesta, 15. Paulinyo, 10. Lionel Messi, 9. Luis Suares

Ehtiyat oyunçular: 13. Yasper Silessen, 25. Tomas Vermalen, 19. Luka Dinye, 22. Aleyks Vidal, 21. Andre Qomes, 6. Denis Suares, 11. Osman Dembele

Baş məşqçi: Ernesto Valverde

0