[b]“Mançester Siti”nin sabiq məşqçisi həbs olundu: 50 uşağı zorlayıbmış[/b]
20.02.2018 - 14:16
[b]“Mançester Siti”nin sabiq məşqçisi həbs olundu: 50 uşağı zorlayıbmış[/b]

“Mançester Siti”nin sabiq məşqçisi Barri Bennell həbs edilib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, 64 yaşlı mütəxəssis ömrünün bundan sonrakı 31 ilini dəmir barmaqlılar arxasında keçirəcək.

 

Belə ki, 1979-1991-ci illərdə “Mançester Siti” və “Kreve Aleksandra” klublarının gənclərdən ibarət komandalarında çalışmış Bennell 50 uşağa cinsi təcavüz etməkdə günahkar bilinirdi. Günahı dəlillər və şahidlərlə təsdiq edilən Bennellə Liverpul Krallıq Məhkəməsi 31 il həbs cəzası verib.

 

“Barri” və “Şeffild Yunayted”də çıxış etmiş 43 yaşlı Endi Vurvard da futbola başladığı illərdə baş məşqçi Barri Bennell tərəfindən təcavüzə məruz qaldığını bu yaxınlarda açıqlamışdı.

 

Qeyd edək ki, İngiltərə Futbol Federasiyası uşaqları qorumaq üçün 2001-ci ildə komandalarda gənclərlə daim ünsiyyətdə olacaq nümayəndələrin vacibliyi barədə qərar qəbul etmişdi.

0