[b]“Buna rəhbərlik qərar verəcək” – “Sumqayıt”ın müvəqqəti prezidenti[/b]
20.02.2018 - 15:55
[b]“Buna rəhbərlik qərar verəcək” – “Sumqayıt”ın müvəqqəti prezidenti[/b]

“Sumqayıt”a prezident təyin edilməmişəm, klubda prezidentin vəzifəsini müvəqqəti icra edəcəm”. Bunu apasport.az saytına Vaqif Ömərov deyib.

 

“Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri olan Ömərov eyni zamanda “Sumqayıt”da vitse-prezident postunda çalışır. Klub prezidenti Kamran Quliyev “Neftçi”yə yollandığından, boş qalan postda müvəqqəti olaraq 66 yaşlı Ömərov çalışacaq.

 

O, klubun strategiyasının bundan sonra da dəyişməyəcəyini söyləyib: “Artıq 7 ildi ki, “Sumqayıt” klubu eyni strategiya ilə fəaliyyət göstərir və bunun uğurlu yol olduğunu görürük. Klubun Müşahidə Şurasının sədri Muxtar Babayevin bunda əməyi böyükdü. Rəhbərlik belə qərara gəldi ki, Kamran Quliyevin gedişindən sonra prezidentin səlahiyyətlərini mən icra edim”.

 

Vaqif Ömərov gələcəkdə “gənclik şəhəri” təmsilçisinin prezidenti kimi təsdiqlənmək variantı barədə bunları deyib: “Buna rəhbərlik qərar verəcək. Bildiyiniz kimi, mən eyni zamanda “Azərikimya” İstehsalat Birliyində çalışıram”.

0