[b]Marselo və Kroos PSJ ilə cavab oyununa yetişəcək[/b]
20.02.2018 - 19:42
[b]Marselo və Kroos PSJ ilə cavab oyununa yetişəcək[/b]

“Real”ın baş məşqçisi Zinəddin Zidan zədəli futbolçuların son durumu barədə məlumat verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis 3 oyunçusunun zədədən əziyyət çəkdiyini söyləyib.

 

Zizu müdafiəçi Marselo, yarımmüdafiəçilər Toni Kroos və Luka Modriçin ağrıları olduğunu bildirib. Buna baxmayaraq, o, aparıcı oyunçuların Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə cavab matçına yetişəcəyini düşünür: “Modriçdə müəyyən narahatlıq var və bugünkü məşqi buraxdı. Lakin tezliklə bərpa olunacaq. Onunla yanaşı, Marselo və Kroos da PSJ ilə cavab görüşünə hazır olmalıdı”.

 

Zidan La Liqadakı uğursuz çıxışa baxmayaraq, “Real”dan ayrılmaq barədə fikirləşmədiyini də əlavə edib: “Bəzən işimlə bağlı bəzi şübhələr yaranır. Lakin hələ yorulmamışam, işimə davam edirəm. Özümü yaxşı hiss edirəm, sona qədər “döyüşəcəm” ki, “Real”da qalım”.

 

Qeyd edək ki, “Real”la PSJ arasında Madriddə keçirilən ilk qarşılaşmada meydan sahibləri 3:1 hesablı qələbə qazanıb. Komandalar arasında cavab oyunu martın 6-da baş tutacaq.

0