[b]Yığmanın baş məşqçisindən maraqlı addım: liqaların yığmaları yaradılır[/b]
20.02.2018 - 23:41
[b]Yığmanın baş məşqçisindən maraqlı addım: liqaların yığmaları yaradılır[/b]

Türkiyənin I və II liqalarında çıxış edən 23 yaşadək yerli futbolçulardan ibarət yığma komandalar yaradılacaq. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, bu təşəbbüsü millinin baş məşqçisi Mirça Luçesku irəli sürüb.

 

Belə ki, rumıniyalı mütəxəssisin tələbi ilə I və II divizionun seçmə komandaları öz aralarında yoldaşlıq görüşü keçiriləcəklər. Luçesku ilə yanaşı, U-21 və U-19 yığmalarının baş məşqçiləri də fevralın 27-28-də keçiriləcək görüşü canlı izləyəcəklər.

 

33 nəfərdən ibarət məşqçi heyəti 54 komandanın bütün bölgələrdə keçirdiyi 252 qarşılaşmanı izləyərək, heyətləri formalaşdırıblar. Hər liqanın 2 yığması müəyyənləşdiriləcək. II liqadan seçiləcək komandalar fevralın 27-də, I liqanın təmsilçiləri isə ertəsi gün üz-üzə gələcəklər.

 

Oyunların təşkilində məqsəd yığma komandalar üçün perspektivli oyunçuları müəyyənləşdirməkdi.

0