[b]“Bavariya”dan rekord[/b]
21.02.2018 - 09:43
[b]“Bavariya”dan rekord[/b]

Almaniyanın “Bavariya” komandası klub tarixinin rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Beşiktaş”la qarşılaşmasında 5:0 hesabı ilə qalib gələn Münhen təmsilçisi ümumilikdə bütün turnirlərdə ardıcıl 14-cü qələbəsini bayram edib.

 

Bununla da 1980-ci ilə təsadüf olunan rekord 38 ildən sonra təkrarlanıb. Fevralın 24-də Bundesliqada “Herta” ilə qarşılaşacaq “Bavariya” mütləq rekord müəyyənləşdirə bilər.

 

0