[b]“Bavariya”lı futbolçuların forma “davası”[/b]
21.02.2018 - 10:48
[b]“Bavariya”lı futbolçuların forma “davası”[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən “Bavariya” – “Beşiktaş” oyunundan sonra maraqlı anlar baş verib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Almaniya klubunun futbolçuları final fitindən sonra “ağ-qaralar”ın yarımmüdafiəçisi Rikardo Kuarejmanı mühasirəyə alıblar.

 

Belə ki, qapıçı Sven Ulrayx, müdafiəçi Mats Hummels və yarımmüdafiəçi Xavi Martines portuqaliyalı oyunçudan formasını istəyib. Kuarejma isə formasını türkiyəlilərlə yaxşı münasibətdə olması ilə tanınan Hummelsə verib.

 

Qeyd edək ki, “Bavariya” – “Beşiktaş” görüşü ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə nəticələnib.

0