[b]Pxençxan-2018: Azərbaycan idmançısı 68-ci oldu [/b]
21.02.2018 - 13:56
[b]Pxençxan-2018: Azərbaycan idmançısı 68-ci oldu [/b]

Pxençxan Qış Olimpiya Oyunlarında Azərbaycan idmançısı Patrik Braxnerin start xəttinə neçənci çıxacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu, püşkatmanın nəticəsinə əsasən müəyyənləşib.

 

Belə ki, slalom yarışlarında ölkəmizi təmsil edəcək milliləşdirilmiş avstriyalı birinci cəhddə mübarizəyə 68-ci qoşulacaq. Bu növdə mükafatlar uğrunda isə 108 atlet iştirak edəcək.

 

Yarışda ilk cəhd Bakı vaxtı ilə saat 05:00-da, ikinci cəhd 08:30-da başlayacaq.  

0