[b]“Qarabağ” ilk “onluq”da[/b]
22.02.2018 - 12:26
[b]“Qarabağ” ilk “onluq”da[/b]

Keçmiş SSRİ-nin ən yaxşı klublarının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, postsovet məkanı təmsilçilərinin UEFA reytinqinə uyğun tərtib olunan cədvəldə Azərbaycan komandası da yer alıb.

 

Son illərin dəyişməz ölkə çempionu “Qarabağ” MDB və Baltikyanı ölkələrin klubları arasında 8-ci göstəriciyə malikdi. Qurban Qurbanovun yetirmələri Moskva “Lokomotiv”i və BATE ilə bu mövqeyə şərikdi. Hər üç komandanın hesabında 20,500 xal var.

 

Siyahıya Ukrayna “Şaxtyor”u başçılıq edir. Donetsk klubunun 81 xalı var. Rusiya “Zenit”i 2-ci, Kiyev “Dinamo”su 3-cüdü. Postsovet məkanının 10 ən yaxşısı arasında yalnız 5 ölkənin təmsilçisi düşüb. Rusiya 4, Ukrayna 3, Belarus, Qazaxıstan və Azərbaycanın 1 komandası “onluq”da yer alıb.

 

MDB və Baltikyanı ölkələrin 10 ən yaxşı klubu

1. “Şaxtyor” (Ukrayna) – 81,000

2. “Zenit” (Rusiya) – 75,000

3. “Dinamo” (Kiyev, Ukrayna) – 60,000

4. MOİK (Rusiya) – 41,000

5. “Dnepr” (Ukrayna) – 34,000

6. “Krasnodar” (Rusiya) – 23,500

7. “Astana” (Qazaxıstan) – 20,750

8-10. “Qarabağ” (Azərbaycan) – 20,500

BATE (Belarus) – 20,500

“Lokomotiv” (Rusiya) – 20,500

 

0