[b]Polina Rəhimovanın komandası pley-off şansını itirdi[/b]
23.02.2018 - 09:32
[b]Polina Rəhimovanın komandası pley-off şansını itirdi[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” İtaliyada “Novara”nın qonağı olub.

 

Görüş ev sahiblərinin asan qələbəsi ilə yekunlaşıb. İstanbullular 0:3 (23:25, 18:25, 13:25) hesabı ilə uduzublar. Rəhimova matçda 10 xal toplayıb.

 

Bu məğlubiyyət “Fənərbaxça”nın qrupda qalması ilə nəticələnib. İkinci yerdə qərarlaşan “Novara” sona 1 tur qalmış aktivində 6 xalı olan Türkiyə təmsilçisi 5 xal qabaqlayır. Lider “Konegliano” isə 13 xala malikdi.

 

Qeyd edək ki, Rəhimovadan fərqli, Natalya Məmmədova pley-offda oynayacaq. Onun çıxış etdiyi Kazan “Dinamo”su artıq növbəti mərhələyə yüksəlib.  

0