[b]Olimpiadadakı təmsilçimiz danışdı: Bir də gördüm ki...[/b]
23.02.2018 - 10:47
[b]Olimpiadadakı təmsilçimiz danışdı: Bir də gördüm ki...[/b]

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarının slalom yarışının uğursuzları mübarizəni dayandırdıqdan sonra çıxışlarını dəyərləndiriblər. Apasport.az saytının məlumatına görə, cəmi 25 saniyə mübarizə apararaq, yarışla vidalaşan Azərbaycan millisinin xizəkçisi Patrik Braxner də hansı səbəbdən finişə çata bilməməsini açıqlayıb.

 

O bildirib ki, hər şey gözlənilmədən oldu: “Hər şey yaxşı idi. Amma sonadək belə olmadı. Bir də onda gördüm ki, qapılar – maneələr ayağımın arasındadı. Sanki onları yəhərləyib, minmişdim”.

 

Qeyd edək ki, avstriyalı legionerimiz bir gün öncə keçirilən slalom yarışında finişə çata bilməmişdi. Bu növdə ilk cəhddə isə 106 idmançıdan cəmi 52-si sonadək mübarizə aparmışdı. 

0