[b]Pxençxan-2018: Norveç ABŞ-a şərik oldu[/b]
23.02.2018 - 20:35
[b]Pxençxan-2018: Norveç ABŞ-a şərik oldu[/b]

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün nüfuzlu turnirdə rekord qeydə alınıb.

 

Belə ki, kişilər arasında biatlon estafet yarışlarında Norveç komandası gümüş medal qazanıb. Bu, şimallıların sözügedən yarışda 37-ci medalı olub. 13 “qızıl”, 14 “gümüş” və 10 “bürünc” əldə edən Skandinaviya təmsilçisi sıralamada da birinci yerə yüksəlib.

 

Bununla da Norveç ABŞ-ın Vankuver-2010 Olimpiadasındakı rekorduna ortaq olub. Həmin Olimpiya Oyunlarında ABŞ yığması da 37 (9-15-13) “qənimət” əldə etmişdi.

 

Qeyd edək ki, Cənubi Koreyada hazırda davam edən “Ağ Olimpiada”nın iki yarış günü qalıb. Bu səbəbdən medal sayının dəyişəcəyi istisna edilmir.

0