[b]Millimiz Rusiya ilə qarşılaşacaq[/b]
23.02.2018 - 21:29
[b]Millimiz Rusiya ilə qarşılaşacaq[/b]

18 yaşa qədər futbolçulardan ibarət Azərbaycan millisi Rusiyalı həmyaşıdları ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu barədə rusların baş məşqçisi Andrey Qordeev açıqlama verib.

 

Hazırda Antalyada təlim-məşq toplanışında olan və Türkiyə millisi ilə matçda qələbə qazanan Şimal qonşularımızın çalışdırıcısı növbəti hazırlığın Azərbaycanda olacağını və Bakıda yerli komanda ilə iki yoxlama görüşü keçirəcəklərini bildirib.

 

Qeyd edək ki, U-18 millimizi Zaur Həşimov çalışdırır.

0