[b]Paytaxt derbisində qollu bərabərlik, "Qəbələ"dən gözlənilməz məğlubiyyət - YENİLƏNİB[/b]
24.02.2018 - 20:00
[b]Paytaxt derbisində qollu bərabərlik, "Qəbələ"dən gözlənilməz məğlubiyyət - YENİLƏNİB[/b]

Azərbaycan Premyer Liqasında XVII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun bütün görüşləri Bakıda baş tutacaq.

 

Turnir cədvəlinin ilk yarısında qərarlaşan komandalar ikinci pillədə yer tutmuş kollektivlərlə üz-üzə gəlirlər. Bu gün turun ilk iki matçı oynanılıb.

 

İlk olaraq meydana “Səbail” və “Qəbələ” çıxıb. 6 oyundu uduzmayan qonaqlar liderlə xal fərqini azaltmaq üçün debütantla matçı itkisiz keçməli idi. İki komanda arasındakı Premyer Liqa çərçivəsində baş tutan hər iki görüş 3:1 hesabı ilə “Qəbələ”nin xeyrinə başa çatmışdı. Roman Qriqorçukun komandası bu görüşdə də ənənəsinə sadiq qalaraq yalnız 3 xalı hədəfləyirdi. Lakin "qırmızı-qaralar"ın arzusu reallaşmayıb. "Səbail" gözlənilmədən "Qəbələ"yə qalib gələrək, rəqibinə çempionluq yolunda ciddi zərbə vurub.

 

“Neftçi” - “Zirə” matçını isə turun mərkəzi oyunu hesab etmək olardı. Avrokuboklara iddialıların paytaxt derbisinə hər iki komanda ötən turun məğlubiyyətini unutdurmaq üçün çıxmışdı. Tarixi ərzində rəqibini çempionat oyununda məğlub edə bilməyən “Neftçi” “Zirə” kabusundan qurtulmaq yenə qurtula bilməyib. Ancaq digər tərəfdən "Zirə" də "Qəbələ"nin məğlubiyyətindən yararlana bilməyib. Son dəqiqələri azlıqda keçirən "Zirə" meydandan 1 xalla ayrılmağa nail olub.

 

9 oyundu meydanı qolsuz tərk etməyən “Zirə” yenə bu seriyanı davam etdirib.

 

Azərbaycan Premyer Liqası

XVII tur

24 fevral (şənbə)
 


“Neftçi” – “Zirə” - 1:1
Qollar: 
İqnasio Errera, 22 - Evans Uilyams, 30

Qırmızı vərəqə: İlkin Muradov, 76

İlk iki dövrədəki oyunlar – 1:2, 0:1
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov

8-ci km qəsəbə stadionu

“Neftçi”: 94. Rəşad Əzizli, 26. Ömər Buludov, 25. Kiril Petrov, 15. Ruslan Abışov (k), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 11. İqnasio Errera, 19. Fransisko Qarsiya, 17. Rəhman Hacıyev, 9. Lukas Qomes
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 20. Elnur Süleymanov, 3. Fərid Abbaslı, 77. Elvin Sərkərov, 70. Əli Şirinov, 22. Mirabdulla Abbasov, 7. Namiq Ələsgərov, 12. Mayk Kampaz, 30. Kamran İbrahimov
Baş məşqçi: Tərlan Əhmədov

 

"Zirə”: 85. Kamal Bayramov (k), 5. Adil Nağıyev, 9. Aleksandr Dedov, 11. Viktor İqbekoyi, 14. Tellur Mütəllimov, 17.Vüsal İsgəndərli, 18. Yani Urdinov, 23. Yovan Krneta, 29. Evans Uilyams, 38. İlkin Muradov, 88. Elşən Abdullayev
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 62. Abdulla Seyidəhmədov, 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 10. Orxan Əliyev, 13. Aleksandr Şemonayev, 16. İbrahim Aslanlı, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov, 98. Elçin Əliyev 
Məşqçi:  Elnur Çodarov

 

 

“Səbail” – “Qəbələ” - 2:1

Qollar: Vitali Vernidub, 25 (avtoqol); Fəhmin Muradbəyli, 56 - Baqali Dabo, 68

İlk iki dövrədəki oyunlar – 1:3, 1:3
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov

“Bayıl Arena”

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 7. Fəhmin Muradbəyli, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 20. Eltun Yaqublu (k), 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk, 92. Vaxıt Orazsaxedov, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 10. Nurlan Novruzov, 18. Aqşin Qurbanlı, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev, 23. Ayron Stati, 11. Elman Taqayev
Baş məşqçi: Samir Əliyev

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov (k), 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 29. Hacıağa Hacıyev, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov 
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 16. Dion Malone, 18. İlqar Qurbanov, 32. Amin Seydiyev, 45. Famussa Kone, 62. Faiq Hacıyev, 74. Yusif Nəbiyev, 77. Samir Qurbanov, 89. Abbas Ağazadə
Baş məşqçi: Roman Qriqorçuk

 

 

Turnir cədvəli

1

Qarabağ

16

13

2

1

26-6

41

2

Qəbələ

17

11

2

4

31-17

35

3

Zirə

17

9

5

3

26-15

32

4

Sumqayıt

16

7

3

6

20-18

24

5

Neftçi

17

6

2

9

19-19

20

6

Səbail

17

5

2

10

12-24

17

7

Keşlə

16

3

3

10

11-25

12

8

Kəpəz

16

2

1

13

10-31

7

0